Foto 22:30 25.03.2018

İlon Maskın atasının ögey qızından 10 aylıq uşağı olduğu üzə çıxıb (FOTOLAR)

"SpaceX" və "Tesla" kimi şirkətlərin sahibi olan amerikalı məşhur mühəndis İlon Mask ötən həftə atası barədə səsləndirdiyi fikirlərlə yadda qalmışdı.

Qaynarinfo xəbər verir ki, Mask "Mənim atam şeytanın detallı şəkildə fikirləşdiyi planıdır. O, ağlınıza gələ biləcək hər növ pisliyi etmiş biridir. O qədər pisdir ki, inana bilmərsiniz" fikirlərini demişdi. 

Göz yaşları içində verdiyi açıqlamadan sonra İlonun atası Erol Mask Daily Mail tərəfindən araşdırılıb. Sayt 72 yaşlı Erolun ögey qızı Cana Bezuidenhautdan 10 aylıq oğlu olduğunu idda edib. Erol Mask 18 ildir Cananın anası Hayde ilə evlidir və onların 2 övladı var. Cütlük evlənən zaman Cananın 4 yaşı olub. 

Bildirilir ki, İlon Mask bunu öyrənəndən sonra atasını həyatından tamamilə çıxardıb. 

Gülşən