Texnologiya 12:18 12.03.2018

İlon Maskdan planetlərarası gəmi layihəsi

"SpaceX" və "Tesla" şirkətlərinin sahibi amerikalı mühəndis İlon Mask Marsa yola düşəcək planetlərarası ilk gəminin inşasına başladıqlarını açıqlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Texas ştatında təşkil edilmiş tədbirdə çıxış edən Mask ilk uçuşun gələn ilin ilk yarısında həyata keçiriləcəyini vurğulayıb. İlk sınaqlar qısa məsafə üçün nəzərdə tutulacaq və insanlar iştirak etməyəcək. 

İlon Mask insanların Marsda koloniya qurmasını hədəfləyir və bu planetdə enerji mənbəyi, şüşə qübbə və vacib həyati ehtiyacların lazım olacağını vurğulayır.

Qeyd edək ki, mühəndis ötən ay özəl şirkətə məxsus dünyanın ən güclü raketi olan "Falcon Heavy"ni Marsa yola salıb.

Gülşən