Maqazin 16:57 12.03.2015

Çılpaq qızın reklamı şəhəri qatdı - FOTO

İtaliyanın Neapol şəhərində Roma Papasının səfəri ərəfəsində təxribat xarakterli afişa asılıb. Anspress-in məlumatına görə, Neapol şəhərində bir binanın fasadına asılan reklam afişası qalmaqala səbəb olub. 

Reklam bir geyim firmasına aiddir. 9x6 metr ölçüsündəki afişada rahibə bir qadın var. Lakin başı örtülü olan qadının qurşaqdan yuxarı hissəsi çılpaqdır. Əlində təsbeh olan qadın qolları ilə sinəsini qismən qapadıb. 
Onun cins şalvarının bir hissəsi də binadan asılan reklam afişasında əks edilib. 

Neapollular reklamın çox açıq-saçıq olduğunu və estetik görünmədiyii deyərək şirkətin bu addımına kəskin reaksiya veriblər. Bundan başqa şirkət müdqəddəs dəyərləri tapdalamaqda ittiham edilib. 

Xatırladaq ki, Papanın mart ayının 21-də Neapola səfəri gözlənilir. Səfər qabağı belə afişanın asılmasını təxribat adlandıranlar da var. 

Şirkətdən verilən açıqlama da isə səfərlə afişanın asılmasının təsadüfən üst-üstə düşdüyü bildirilib. "Afişa Papanın səfərindən öncə hazırlanıb. İddialı bir üsul seçdiyimizin fərqindəyik. Amma dinə qarşı hörmətsizlik niyyətimiz yox idi". 



Qaynar.info