Sənət 14:24 28.08.2014

İlqar Fəhmi AYB-nin katibi oldu

Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni katib təyin olunub. 

AYB-dən verilən məlumata görə, “Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhmi Yazıçılar birliyinin katibi təyin edilib. 

Bu barədə qərar AYB katibliyinin bugünkü toplantısında qəbul olunub. Əvvəllər bu vəzifəni Arif Əmrahoğlu icra edib. 

Qeyd edək ki, A. Əmrahoğlu bu il iyunun 19-da dünyasını dəyişib. 

APA