Siyasət 18:51 05.04.2013

İlqar Məmmədovun vəkili yeni vəsatət qaldırdı

İlqar Məmmədovun vəkili Fuad Ağayev bu gün İlqar Məmmədova yönəlik həbs qəti imkan tədbirinin girovla əvəz edilməsi haqqında Nəsimi Rayon Məhkəməsində yeni vəsatət qaldırıb. 

REAL hərəkatının mətbuat xidmətindən daxil olan məlumata görə məhkəmə yaxın günlərdə vəsatəti dəyərləndirəcək.

Xatırladaq ki, İsmayıllı hadisələrində əhali arasında təxribatçılıq yaratmaqda REAL hərəkatının sədri İlqar Məmmədov əhali arasında ictimai-siyasi sabitliyin pozulmasına yönəlik hərəkətlər etməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə 2 aylıq həbs-qəti imkan tədbiri seçilib. Növbəti dəfə isə həbs qəti-imkan tədbiri daha iki ay müddətinə uzadılıb./modern.az/