Dünya 11:30 02.06.2019

İmamoğlu, yoxsa Yıldırım qalib gələcək? (SORĞU)

4 araşdırma şirkəti 23 iyunda keçiriləcək İstanbul bələdiyyə seçkilərinin nəticəsilə bağlı sorğu keçirib.

Nəticələrə əsasən, Əkrəm İmamoğlu rəqibi Binəli Yıldırımdan ön sırada qərarlaşıb. Belə ki, "Konsensus” şirkətinin apardığı araşdırma nəticəsində İmamoğlu 2.1 faiz səslə Yıldırımı geridə qoyub.

1040 nəfər arasında aparılan anket sorğusu nəticəsində seçicilərin 50,2 faizi İmamoğluna, 48,1 faizi Binəli Yıldırıma, 1,7 faizi isə digər partiyaların namizədinə səs verəcəyini bildirib.

"Mak” şirkətinin 11 min insan arasında apardığı anket sorğusunun nəticəsinə əsasən, İmamoğlunu 50,3 nəfər, Yıldırımı isə 48,2 nəfər dəstəkləyib.

"Optimar” araşdırma şirkətinin sorğusunda iştirakçıların 52 faizi Əkrəm İmamoğlunu qalib görmək istəyib.

"PİAR” şirkəti 23 iyun İstanbul bələdiyyə seçkisində kütlə psixologiyasının daha çox Əkrəm İmamoğlunun lehinə olduğunu bildirib. (axar.az)