İmamoğlunun yerinə qəyyum təyin olunacaq? (AÇIQLAMA)

İmamoğlunun yerinə qəyyum təyin olunacaq? (AÇIQLAMA)

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu İstanbul bələdiyyə sədrinin yerinə qəyyum təyin olunacağı iddialarına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, nazir iddiaları təkzib edib.

"İstanbul iyunda bir qərar verdi və bu, demokratik qərar idi. Bələdiyyə sədri Türkiyəni idarə etmək üçün seçilmir. Bələdiyyə öz işini görməlidir. Hədəfləriniz ola bilər. Bunlar gözəl şeylərdir. Yəni bunu arzu edə bilərsiniz, amma əvvəl öz işinizi görməlisiniz. İstanbul və Ankara bələdiyyə sədrlərinin yerinə qəyyum məsələsi müzakirə mövzusu deyil. Terrorla əlaqəniz varsa, dövlət boş durmaz”, deyə Süleyman Soylu bildirib.

Qeyd edək ki, bundan öncə Xalqların Demokratik Partiyasından olan 3 şəhərin bələdiyyə sədri PKK ilə əlaqədə ittiham edilərək istefaya göndərilmişdilər.
XƏBƏRLƏR
BLOGLAR