Ölkə 14:08 31.01.2013

İmişlidə aksiya oldu: Yolu bağladılar!

Bu gün İmişlidə kommunal təsərrüfat sahəsinin bir qrup işçisi rayonun mərkəzi avtomobil yolunu bağlayıblar.

Bu barədə Mil-Muğan bürosuna İmişli rayon sakinləri məlumat veriblər. Onların bildirdiyinə görə, İmişli rayon kommunal təsərrüfat sahəsinin işçiləri rayonun mərkəzi prospektini bir neçə dəqiqəliyə bağlayıblar. Onların aksiyasına səbəb əmək haqlarının gecikdirilməsi olub.

Hadisə yerinə yol polisi cəlb olunub və aksiya iştirakçıları ilə danışıq aparıldıqdan sonra onlar ərazidən uzaqlaşıblar.

APA