Xəbər lenti

İmişlidə yeni yaşayış binası və məktəb tikiləcək: 4 milyon manat ayrıldı (SƏRƏNCAM)
Ekonomiks 18:11 22.10.2018

İmişlidə yeni yaşayış binası və məktəb tikiləcək: 4 milyon manat ayrıldı (SƏRƏNCAM)

Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün İmişli Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb.

Prezindet İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->