Dünya 23:57 09.06.2018

Çin ABŞ-a zərbə: hakerlər hərbi məlumatları oğurladı

Çin ABŞ donanmasına aid vacib informasiyaları oğurlamaqda təqsirləndirilir.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, çinli hakerlərin "Dəniz əjdahası" adlı raket layihəsi, 2020-ci ilə qədər sualtı gəmilərə yerləşdiriləcək raket sistemi ilə əlaqədar və s. vacib informasiyaları oğurladığı iddia edilir. Məsələ ilə bağlı ABŞ Federal Tədqiqatlar Bürosu donanma ilə birlikdə araşdırma aparır. 

Ötən günlərdə isə sabiq kəşfiyyat işçisi Kevin Mallori Çinə informasiya satmaqda təqsirli bilindi. Ona ömürlük həbs cəzası verilə bilər.

Gülşən