Dünya 18:16 24.01.2020

Çin səddinin bir hissəsi və "McDonald"sın şöbələri virusa görə bağlandı

Çində ortaya çıxan korona virusuna görə, Çin səddinin bəzi hissələri turistlər üçün bağlanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bağlanan hissələr arasında səddin ən çox ziyarət edilən yerləri də var.

Digər tərəfdən "McDonald" virusun geniş yayıldığı 5 şəhərdə fəaliyyətini dondurub.

Xatırladaq ki, bundan əvvəl Çin Yeni İli mərasimləri ləğv edilmiş, Şanxayda olan Disneyland kimi ictimai yerlərin bir müddət kapalı olacağı açıqlanmışdı. Həmçinin Pekin və Şanxayda şəhər meriyası virusun daha geniş yayıldığı bölgələri ziyarət edən şəhər sakinlərinə 14 gün evlərindən çıxmamalarını tövsiyə etmişdi.

Qeyd edək ki, indiyə qədər virusdan 26 nəfərin öldüyü, 800-ə yaxın insanın isə yoluxduğu bildirilir.
 
Camal