Dünya 17:45 17.06.2018

İncəsənət festivalına silahlı hücum: 1 ölü, 20 yaralı

ABŞ-ın Nyu Cersi ştatında keçirilən incəsənət festivalında silahlı insident yaşanıb.

Qaynarinfo xəbər verir ki, "Art All Night" festivalında bir nəfər silahlı hücum həyata keçirib. Hücum edən 33 yaşlı kişi polis tərəfindən zərərsizləşdirilib. O, 1 nəfəri öldürməyə, 20 nəfəri yaralamağa müvəffəq olub. 13 yaşlı yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə gecə saatlarında baş verib və ərazidə min nəfər insan olub.

Gülşən