Dünya 10:26 09.08.2017

Çində 7 bal gücündə zəlzələ: çox sayda ölən və yaralanan var (FOTOLAR)

Çində 7 və 6,6 bal gücündə ardıcıl 2 zəlzələ baş verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Siçuan əyalətindəki 7 bal gücündə zəlzələdən sonra Sincar Uyğur bölgəsində 6,6 bal gücündə zəlzələ qeydəalınıb.

Təbii fəlakət nəticəsində azı 13 nəfər dünyasını dəyişib, onlarla insan yaralanıb. Ölənlərdən 6-sının turist olduğu bildirilir.

Zəlzələdən sonra 31 min 500 nəfər turist təxliyyə edilib.

Gülşən

Qaynarinfo.Az