Dünya 16:08 22.07.2018

Çində "Ampil" tayfunu: 387 min nəfər təxliyə edildi

Çinin Şanxayda, Çjetsyan və Tzyansu əyalətlərində 387 mindən çox insan təxliyə edilib.

Qaynarinfo xəbər verir ki, buna səbəb "Ampil" tayfunu olub. Çin hakimiyyəti güclü külək və leysan yağışları ilə müşayiət olunan tayfun səbəbindən təhlükəli bölgələrdən əhalini təxliyə edib.

Hazırda tayfunun mərkəzində küləyin sürəti saatda 100 kilometrə çatır. "Ampil" Çin vaxtı ilə saat 12.30 radələrində Şanxay yaxınlığındakı Çunmin adası sahillərinə çatıb. Tayfun şimal-qərb istiqamətində Asiyanın dərinliklərinə doğru hərəkət edir. "Ampil"in yaxın saatlarda Şandun əyalətinə çatacağı deyilir.

Hələlik ölən və yaralananlarla bağlı məlmat yoxdur.