Dünya 18:27 23.10.2018

Çində dünyanın ən uzun körpüsü açıldı

Bu gün Çində dünyanın ən uzun körpüsünün açılışı olub.

Qaynarinfo xarici KİV-ə istindən xəbər verir ki, Honq Konq, Makao və Zuhaini birləşdirən körpünün uzunluğu 55 kilometrdir. Bu yol Honq Konqdan Zuhaiyə qədər səfər müddətini 4 saatdan 30 dəqiqəyə endirəcək.

İlkin proqnozlara görə, gün ərzində körpüdən 9200 avtomobil keçəcək.

Həmçinin hərəkətə mane olmaması üçün körpünün altında 6,7 kilometr uzunluğunda sualtı tunel də inşa olunub.

Mütəxəssislərin fikrincə körpünün istismar müddəti 120 ilə yaxındır. 400 min ton ağırlığında olan körpü eyni zamanda 8 bal gücündə zəlzələ və qasırğaya davamlıdır.