Dünya 12:22 18.11.2017

Çində güclü zəlzələ

Tibetdə 6,3 bal gücündə zəlzələ baş verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, daha sonra gücü 5,1 bal olan təkanlar da qeydə alınıb. Zəlzələ Çin, Hindistan, Myanma, Nepal və Banqladeşdə hiss edilib. 

Çin mətbuatı Nyinqçi kəndi yaxınlığında dağıntıların meydana gəldiyini və təcili yardım qüvvələrinin əraziyə getdiyini bildirib. 

Qeyd edək ki, Çinin cənub-qərb bölgəsində tez-tez tektonik hərəkətlər qeydə alınır. 2008-ci ildə uyğurların yaşadığı Sincan bölgəsindəki dəhşətli zəlzələdə 70 min insan dünyasını dəyişmişdi.

Gülşən
Qaynarinfo.Az