Dünya 09:00 18.09.2019

Çində ilk dəfə: Ölmüş pişiyini 35 min dollara...

Çin vətəndaşı böyük məbləğ sərf edərək sevimli pişini klonlaşdırıb.

Qaynarinfo xaricimediaya istinadən xəbər verir ki, hadisə onun pişiyinin xəstələnib ölməsindən sonra baş verib. Pişiyin sahibi bu ağır itkiylə barışa bilməyib və yeni pişik almaqdansa öz pişiyini klonlaşdırmaq qəraqrına gəlib. 

Kişi ölkədə ilk dəfə klonlaşdırma eksperimenti keçirməyə hazırlaşan kompaniyaya müraciət edib. Klonlaşdırılan pişiyə Sarımsaq adı verilib.

Sahibinin dediyinə görə Sarımsaq onun ilk pişiyinin tam eynisidir – həm xasiyyət, həm görünüşcə.

Pişiyi klonlaşdıran firmanın baş elmi əməkdaşı Lyansyue Lay yeni pişiyin adi pişik qədər yaşayacağını deyib. Pişiyin klonlaşdırılması 35 min dollara başa gəlib. 

Alpər