Dünya 21:25 22.04.2013

Çində quş qripi qurbanlarının sayı artıb

Çində martın sonlarında ilk dəfə insanda aşkarlanmış H7N9 quş qripinin qurbanlarının sayı 21 nəfərə çatıb.

Bu gün Şanxayın daha bir sakini bu xəstəlikdən keçinib. APA-nın xəbərinə görə, bu barədə Çinin səhiyyə və doğuşun planlaşdırılması komitəsi məlumat yayıb.

Həlak olanlardan 12 nəfəri Şanxay sakinidir. 5 nəfər Çjetszyan, 3 nəfər Tsyansu və 1 nəfər Anhoy əyalətlərində həlak olublar.

Komitənin məlumatına əsasən, hazırda Çində bu virusa yoluxanların sayı 104 nəfərə çatıb.

Qaynar.info