Dünya 23:56 21.01.2020

Çində yayılan virusa ABŞ-da da rast gəlindi

ABŞ-ın Vaşinqton ştatında Çində yayılmış koronavirusa ilk yoluxma halı qeydə alınıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb. Məlumata görə, pasiyent sətəlcəm simptomları ilə xəstəxanaya ötən həftə müraciət edib. Bundan əvvəl o, Çinin virusun geniş yayıldığı Uxan şəhərində olub.

Aparılan analizlərin nəticələrinə görə, xəstədə koronavirus aşkarlanıb.