Dünya 23:31 23.01.2020

Çində yeni koronavirusdan ölənlərin sayı isə 18-ə çatdı

Çində yeni növ koronovirusa yoluxanların sayı 644-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Çinin regionlarının gigiyena və sağlamlıq məsələləri üzrə komitələrinin məlumatında deyilir.

Məlumata əsasən, Hubey əyalətindən kənarda yeni növ koronovirusdan ilk ölüm faktı qeydə alınıb. 80 yaşlı kişi yanvarın 22-si Hebey əyalətində dünyasını dəyişib. Beləliklə yeni növ koronovirusdan ölənlərin sayı 18 nəfərə çatıb.