Ölkə 10:19 22.07.2013

Çində zəlzələ olub - Ölənlər var

Çinin mərkəzi hissəsində zəlzələ baş verib. Musavat.com-un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, azı üç nəfər ölüb.

Yerli vaxtla saat 07.45-də (Bakı vaxtı ilə 04.45) 6,6 bal gücündə baş verən zəlzələnin episentri Qansu əyalətində olub.

Qansu əyalətinin Minsyan qəzasının hökuməti üç nəfərin həlak olduğunu təsdiqləyib. Qəzanın əksər yaşayış məntəqələrinə zəlzələdən ziyan dəydiyi də bildirilir.
Ancaq müxtəlif mənbələrdə ölənlərin sayı 19 və ya 22 nəəfər göstərilir. Xəsarət alanlar isə 100 nəfərə yaxındır.

Qaynar.info