Foto 19:26 21.12.2018

İndiyədək ən çox satılan 20 telefon modeli (SİYAHI/FOTOLAR)

Mobil telefonlar artıq uzun illərdir insan həyatının ayrılmaz hissəsinə çevirilib. Belə olan halda hər ötən il telefon satışı artır. Bəs indiyədək ən çox satılmış telefon markaları hansılardır?

Qaynarinfo bu günə qədər ən çox satılmış 20 markanı təqdim edir: 

1. Nokia 1100 - 2003-cü ildə satışa çıxan model 250 milyondan çox satılıb.
2. Nokia 1110 - 2005-ci ildə satışa çıxıb, indiyədək 250 milyon satılıb.
3. iPhone 6 və 6 Plus - 2014-cü ildə təqdim olunan modellərdən indiyədək 220 milyonu öz alıcısını tapıb.
4. Nokia 3210 - 1999-cu ildə satışa çıxan modeldən 150 milyondan artıq satılıb.
5. Nokia 1200 - 2007-ci ildə satışa çıxıb, 150 milyondan artıq satılıb.
6. Nokia 6610 - 2003-cü ildə satışa çıxan telefon 150 milyondan artıq satılıb.
7. Nokia 5230 - 2009-cu ildə təqdim olunan modeldən 150 milyondan artıq satılıb.
8. Samsung E1100 - 2009-cu ildə təqdim olunan modeldən 150 milyondan artıq satılıb.
9. Nokia 2600 - Şirkətin 2004-cü ildə satışa çıxardığı modeldən 135 milyonu öz alıcısını tapıb.
10. Nokia 1600 - 2006-cı ildə satışa çıxarılıb, 130 milyon satılıb.
11. Motorola RAZR V3 - 2004-cü ildə satışa çıxarılıb. İndiyədək 130 milyon satılıb.
12. Nokia 3310 - 2000-ci ildən indiyədək 126 milyonu satın alınıb.
13. Nokia 1208 - 2007-ci ildə satışa çıxarılan modeldən 100 milyondan artıq satılıb.
14. Galaxy S4 - 2013-cü ildən satışa çıxarılan modeldən 80 milyon satılıb və "Samsung" həmin il öz rekordunu qırıb.
15. Nokia 6010 - 2004-cü ildə satışa çıxarılan modeldən 75 milyon satılıb.
16. iPhone 5 - "Apple" 2012-cı ildə satışa çıxardığı və ilk dəfə ekranını böyütdüyü modeldən 12 ay 70 milyon satıb.
17. Nokia 5130 - Bir zamanların əfsanəvi modelindən 65 milyonu öz alıcısını tapıb.
18. iPhone 4S - 2011-ci ildə satışa çıxarılan "Siri"li ilk iPhone modelindən 40 milyon alınıb.
19. Motorola StarTAC - 1996-cı ildə satışa çıxarılan modeldən 60 milyon satılıb.
20. Samsung Galaxy S3 - "Samsung"un 2012-ci ildə satışa çıxardığı modeldən 60 milyona yaxın satılıb.