Dünya 11:12 03.12.2018

İndoneziyada torpaq sürüşməsi: 7 tələbə öldü, 9-u yaralandı

İndoneziyanın Şimali Sumatra əyalətində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Qaynarinfo xəbər verir ki, hadisə zamanı istirahət mərkəzində 16 tələbənin qaldığı tikili torpaq altında qalıb. Nəticədə 7 tələbə ölüb, 9 tələbə isə yaralanıb.

Qeyd edək ki, musson yağışları səbəbilə İndoneziyada hər il sel və torpaq sürüşmələri meydana gəlir.

Gülşən