Dünya 09:32 06.08.2018

İndoneziyada zəlzələ qurbanlarının sayı 91-ə çatdı, yüzlərlə yaralı var

Dünən İndoneziyanın Lombok adasında qeydə alınan 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, yerin 10 km dərinliyində müşahidə edilən təkandan sonra yüzlərlə insan yaralanıb. Zəlzələdən sonra sunami xəbərdarlığı edilmişdi, lakin sonra götürüldü. Dünəndən bəri adada 130 kiçik təkan baş verib.

Qeyd edək ki, 1 həftə əvvəl Lombokda baş vermiş zəlzələ 16 nəfərin ölümünə səbəb olmuşdu.

Gülşən