Texnologiya 12:29 07.06.2019

"BMW"dən elektrikli "Mini Cooper” avtomobili

Almaniya nəhəngi "BMW" elektriklə işləyən yeni avtomobillərini satışa çıxaracaq.


Qaynarinfo xarici mətbuata istinadla xəbər verir ki, tam elektrikli "Mini Cooper” modelinin satışı bu il reallaşdırılacaq. Şirkət modelin istehsalında "BMW i3"ün infrastrukturundan istifadə edib.


Frankfurt havalimanında keçirilən tədbirlərin birində elektrikli "Mini Cooper” nümayiş etdrilib. Nümayiş zamanı "Mini Cooper" 136 ton ağırlığında "Boeing 777F" yük təyyarəsini çəkib.


Nigar