Dünya 11:17 19.03.2018

İngilis terrorçu Afrində öldürüldü

PKK terror təşkilatının Suriya qolu olan PYD-YPG-nin tərkibinə qatılmış ingilis terrorçu Anna Kampbell Afrində öldürülüb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 26 yaşlı İngiltərə vətəndaşı olan qadın 15 martda Türkiyə Silahlı Qüvvələrinin təşkil etdiyi hücumda zərərsizləşdirilib.

2017-ci ilin may ayında PKK-ya qoşulan Kampbel bu təşkilatın tərkibində öldürülən ilk ingilisdir.

Qeyd edək ki, Türkiyə ordusu Suriyanın Afrin şəhərində PKK-PYD və İŞİD terrorçularına qarşı anti-terror əməliyyatı keçirir.

Gülşən