Foto 15:15 17.11.2018

İngilislər Dərələyəzdə qızıl çıxarırdı: Güclü uran ehtiyatı tapdılar? (FOTO/VİDEO)

Bəzi erməni geoloq alimlərinin hesablamalarına görə,  işğalçı ölkənin ərazisində ümumilikdə 100 min tona yaxın uran ehtiyatı var...

Qərbi Azərbaycanın Dərələyəz mahalının "Ermənistanın Vayos dzor mərzi” adlandırılmış hissəsndə  yerləşən  Azatek, Vayk və Zaritap adlı qədim  kəndlərimizin ərazisindəki filiz yataqlarında  2012-ci ildən bəri "Vaykgold” adlı şirkət qızıl, gümüş və mis çıxarsa da, bundan erməni sakinlərin xəbəri olmayıb. 

Qaynarinfo moderator.az-a istinadən xəbər verir ki, bu haqda işğalçı ölkənin portallarından biri informasiya yayıb.  Yalnız bu yaxınlarda məlum olub ki, 2012-ci ildən müvafiq qurumlardan 2037-c ilədək qüvvəsi olan lisenziya almış şirkətin özbaşınalıqlarının arxasında  sabiq terrorçu prezident Serjik Sərksiyanın Respublikaçılar partiyasının keçmiş üzvü Vardan Ayvazyan durur. V.Ayvazyanın 6 aydan sonra deputat olduğu üçün aksiyalarını oğlu Suren Ayvazyana ötürdüyü "Vaykgold” şirkəti müvafiq qanuni ekspertizalardan keçməmiş lisenziya alıb.   Yoxlamalar nəticəsində o da müəyyən olunub ki, yalnız 2017-ci ilin dekabr ayında şirkət qanunsuz olaraq 1330 ton filiz (11,31 kq qızıl, 84,5 kq gümüş, 5, 25 ton mis) çıxarıb. Faktla bağlı cinayət işi qaldırılıb. 




1828-ci ilədək bir nəfər də erməninin yaşamadığı sırf Azərbaycan kəndi olan Azatek kəndinin 82 yaşlı sakini Qarnik Arutyunyanın sözlərinə görə, əvvəlcə sözügedən mədəni ingilis şirkəti istismar edib. Lakin onlar mədəndə güclü uran ehtiyatı aşkar etdikdən dərhal sonra mədəni bağlayıblar. Çünki uranı hasil etmək üçün ətraf kəndlərdəki əhali köçürülməlidir... Lakin 2014-cü ildə aparılmış yoxlamalara əsasən işğalçı ölkənin rəsmi qurumları hələlik  bu faktı inkar edirlər. Halbuki, 2007-ci ildə Ermənistan geoloji laboratoriyasının müdiri, geologiya elmləri doktoru  Q.P. Aloyanın "Dağ jurnalı” adlı nəşrdə dərc etdiyi araşdırmaya görə,  sözügedən yataq da daxil olmaqla işğalçı ölkənin ərazisində ümumilikdə 100 min tona yaxın uran ehtiyatı var...