Texnologiya 16:00 31.12.2017

İngiltərə 2018-də özünün kriptovalyutasını buraxa bilər

İngiltərə Bankı kriptovalyutaları öyrənən xüsusi araşdırma qrupu təşkil edib və növbəti il milli kriptovalyutanı təqdim edə bilər.

İngiltərə Bankı 2018-ci ildə milli kriptovalyutanın təqdim edilməsini başa çatdıra bilər.

Qəzetin yazdığına görə, İngiltərə Bankı 2015-ci ilin fevral ayında pound əsaslı kriptovalyutanın təqdim edilməsi məsələsini araşdırmaq üçün xüsusi araşdırma qrupu təşkil edib.

Media orqanı əlavə edib ki, işçi qrupu bitcoin kimi kriptovalyutalarda rəqəmsal tranzaksiyalar üçün istifadə olunan texnologiyaları araşdırır.
 


Tokens of the virtual currency Bitcoin are seen placed on a monitor that displays binary digits in this illustration picture, December 8, 2017
İsrail və İsveç kimi ölkələr artıq özlərinin kriptovalyutalarını buraxmaq imkanlarını nəzərdən keçirirlər. Venesuelanın Maliyyə Naziri bu yaxınlarda bəyan edib ki, maliyyə blokadasını aşmaq üçün ölkə özünün kriptovalyutasını yaratmaq niyyətindədir.

Kriptovalyutalara maraq artsa da, bəzi ölkələr ödənişin yeni formasına məhdudlaşdırma tətbiq edirlər. Bu yaxınlarda Cənubi Koreya hökuməti rəqəmsal valyutalarda olan spekulyasıların qarşısını almaq üçün əlavə addımlar atdığını və kriptovalyuta tranzaksiyalarında olan anonim virtual hesabların qadağa olmasını bəyan etdi.(Moneta.az)