Dünya 14:31 22.07.2019

İngiltərə hökumətində istefa

İngiltərənin Avropa və Amerika üzrə naziri Alan Dankın istefa verib.

Qaynarinfo Metro-ya istinadən xəbər verir ki, nazir istefa ərizəsini Tereza Meyə təqdim edib. A.Dankının istefası sabiq XİN rəhbəri Boris Consonun Baş nazir seçilmə ehtimalının yüksək olması ilə əlaqədardır. Belə ki, nazir və üzvü olduğu Mühafizəkarlar Partiyası B.Consonun rəhbərlik etdiyi hökumətdə yer almaq istəmir.

Qeyd edək ki, İngiltərənin yeni Baş naziri sabah müəyyənləşəcək.

Gülşən