Ölkə 18:22 13.03.2018

İngiltərə ilə Rusiya arasındakı "cəsus böhranı" böyüyür: səfir XİN-ə çağırıldı

İngiltərənin baş naziri Tereza Meyin keçmiş rus agent Sergey Skripal və qızının zəhərlənməsində Rusiyanı ittiham etməsindən sonra İngiltərənin Rusiyadakı səfiri Lavri Tristov Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib. Lakin Zaxarova məsələ ilə bağlı geniş açıqlama verməyib.

Qeyd edək ki, T.Mey Skripal və qızının zəhərlənməsi hadisəsində böyük ehtimalla Rusiyanın barmağının olduğunu bildirmişdi. O, Rusiyaya bu günə qədər məsələyə münasibət bildirilməsi üçün vaxt vermiş və inandırıcı bir cavab ala bilmədikləri təqdirdə, bunu İngiltərə torpaqlarında güc tətbiqi kimi dəyərləndirəcəklərini söyləmişdi.