İdman 12:06 23.01.2014

İngiltərə Liqa kubokunda finalçılar məlum oldu

İngiltərə Liqa kubokunda yarımfinal oyunlarına yekun vurulub və finalçılar məlum olub.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub. "Mançester Yunayted" öz meydanında "Sanderlend"i qəbul edib. Görüşün əsas vaxtı "qırmızı şeytanlar"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Əlavə vaxtda isə tərəflər hərəyə bir dəfə fərqlənib. Buna görə də oyun penaltilər seriyasına qədər uzanıb. Penaltiləri daha dəqiq yerinə yetirən qonaqlar finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Sanderlend" finalda "Mançester Siti" ilə qarşılaşacaq. Final görüşü isə martın 2-də baş tutacaq.

22 yanvar

İngiltərə Liqa kuboku

"Mançester Yunayted"  - "Sanderlend"  - 2:1 (Penaltilər seriyası - 4:5) (İlk oyun - 1:2)

Qollar: Evans, 37 (1:0), Brandsley, 119 (1:1), Hernandez, 120 (2:1)

21 yanvar

"Vest Hem"  - "Mançester Siti" - 0:3 (İlk oyun - 0:6)

Qollar: Neqredo, 3 (0:1), Aquero, 24 (0:2), Neqredo, 59 (0:3)

Qaynar.info