Dünya 15:16 08.12.2018

İngiltərə Rusiya oliqarxlarının qara siyahısını təsdiqlədi

İngiltərə Rusiyanın bəzi iş adamlarının adlarını qara siyahıya salıb.

Qaynarinfo lenta.ru-ya istinadən xəbər verir ki, siyahıda rusiyalı iş adamları Roman Abramoviç, Əlişir Usmanov, Oleq Deripaska, Boris və Arkadi Rotenberqin adı var. Siyahı baş nazir Tereza Meyə təqdim olunub və təsdiqlənib.

Kampaniyanın keçmiş agent Sergey Skripal və qızının zəhərlənməsinə cavab olaraq aparılır.

Sanksiya sözügedən iş adamlarının Böyük Britaniyada sərbəst hərəkət etmələrini və çalışma şərtlərini ağırlaşdırır.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!