İngiltərənin "Hermes Datacommunications International Ltd" şirkəti Azərbaycandakı filialını bağladığını elan edib.
APA-nın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu şirkət neft və qaz sənayesində rabitə və şəbəkə xidmətləri göstərib.
Şərhlər