Dünya 14:42 23.01.2020

Çinlilər ilan əti yeməsəydi... Alimlər qorxulu virisun səbəbkarını tapdı

Çinli alimlər bu ölkədə yayılan və getdikcə çox sayda insana yoluxan yeni növ koronavirusun bir ştamm mutasiyasının (Ştamm— morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi. "Stamm" alman sözü olub, "gövdə" deməkdir.) ilanlara yoluxması ilə ortaya çıxmış ola biləcəyi ehtimalını təklif edib. 

Qaynarinfo xəbər verir ki, alimlərə görə, "Çin pnevmoniyası" ilə yoluxan ilk insanların bazarda ilan əti yediyi və ondan sonra yeni virusa yoxulublar. 

Bildirilir ki, yaxın zamanlarda bioloqlar koronavirusun "ilan" və "insan" stammlarını müqayisə edərək versiyalarını daha diqqətlə yoxlamağı planlaşdırırlar. Bunun virusun yayılması ilə daha səmərəli mübarizə aparmağa kömək edəcəyi güman edilir.

Alimlərin fikrincə, yeni 2019-nCoV virus yarasa koronavirusunun birləşməsidir və ilanlardan gələn mənşəyi məlum olmayan bir virusdur.

Qeyd edək ki, Çində yeni növ koronavirus xəstəliyinə tutulanların sayı 617-yə çatıb. Ölən 17 nəfərin yaş həddi 40 ilə 80 arasında dəyişir.

Tədqiqat "Medical Virology” jurnalında yayımlanıb.