Çinlilər Toyota Land Cruiser-in oxşarını hazırladı - qiyməti də açıqlandı (VİDEO)

Çinlilər Toyota Land Cruiser-in oxşarını hazırladı - qiyməti də açıqlandı (VİDEO)

Çin brendi Hengtian, Toyota Land Cruiser 200 yapon modelinin dizaynını xarici görünüşünə görə tamamilə təkrarlayan yeni ucuz qiymətli L4600 yolsuzluq avtomobilini istehsal etdiyini elan edib.

Qaynarinfo ted.az-a istinadən xəbər verir ki, hazırda avtomobil artıq yerli dilerlərə daxil olur. Büdcə yolsuzluğunu yapon orijinalından radiator barmaqlığı, həmçinin dəbli bamperləri və baş optika üzrə fərqləndirmək olar. Satışda 5-7-yerli salonla fərqlənən modifikasiyalar nəzərdə tutulub.

Avtomobil, həmçinin 286 at gücülü olan 4,6 litrlik benzin mühərrikinə malikdir. L4600 yolsuzluğu dəri salon, panoramik dam, dairəvi baxış kamerası və bir sıra digər variantları alıb. Avtomobil üçün başlanğıc qiyməti 211,8 min yuandan (51 min manatdan) başlayır.

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR