Bəzi qida və vərdişlər beynə zərər verir və müxtəlif xəstəliklərə səbəb olur, ürək xəstəliyi, xolesterol və piylənmə kimi çox ciddi problemlərə yol açır. Beyin hüceyrələrinə verdiyimiz zərərlə onun işləmə funksiyasını zəiflətmiş oluruq ki, bununla da refleksləri öldürür, iflic olmaq riskini artırır. 

Öyrənmək qabiliyyətini zəiflədir, nevroloji problemlərin yaranmasına səbəb olur. Depressiya və narahatlıq hissi artır. Mərkəzi sinir sisteminə zərər verir və alzheimerin yaranmasına səbəb olur. 

"Qaynarinfo" beynə zərərli olan vərdiş və qidaları təqdim edir: 

 Şəkər: Uzun müddət şəkərdən istifadə etmək nevroloji problemlərə səbəb olur və yaddaşı zəiflədir. 

2. Alkoqol: Spirtli içki qara ciyərlə yanaşı beyin üçün də zərərlidir. Belə ki, spirtli içki sağlam düşünmə qabiliyyətini məhv  edir və yaddaşı zəiflədir.


3. Siqaret: Nikotin bədəninizin ən önəmli orqanı olan beyninizə qan getməsini əngəlləyir. Qan getmirsə, demək ki, oksigen də getmir. Bu da beyninizin yavaş-yavaş ölməsinə yol açır. Kapilyar damarları tıxandığı üçün nörotransmitterlərin istehsalına əngəl yaradır və işləkliyini zəiflədir. Bu da sinir sistemini tükədir.


4. Duzlu qidalar: Duzun tərkibində olan sodium beyinə zərərlidir və düşünmə qabiliyyətini zəiflədir. 


5. Trans yağlar: Ürək xəstəlikləri, xolesterol və piylənmə kimi ciddi bir çox ciddi problemlərə yol açır. Refleksi məhv edir, beyinin işlək vəziyyətini zəiflədir. Əlavə olaraq, iflic olma riskini çoxaldır. Alzheimerə bənzər təsirləri də danılmazdır. 


6. Süni dadlandırıcılar: Arıqlamaq üçün istifadə olunan süni dadlandırıcılar beyin hasarına və zehni pozğunluğa yol açır.


7. Fast food: Montreal Universitetində aparılan araşdırmaların birində "Fast food" məhsullarının beyinin kimyasını dəyişdirdiyini ortaya çıxarıb. Bu da depressiya və narahatlığa yol açır.


8. Hazır qidalar: Hazır qidalar mərkəzi sinir sisteminə zərər verir. Bu da degenerativ beyin pozğunluğu yaradır. Yaş ötdükcə isə alzheimer riskini artırır. 


9. İşlənmiş proteinlər: Sosiska, kolbasa və bu kimi qidalardan uzaq durmaq lazımdır. Təbii proteinlər insan beynini qidalandırdığı halda, işlənmiş proteinlər sinir sistemini məhv edir.


10. Taxıl: Taxılın bütün növləri beyin funksiyalarına zərər verir. 100 faiz təbii kəpək isə istisnadır. Çoxlu taxıllı qidalar qəbul etmək insanın yaşlanmasını tezləşdirir. 


Lalə Niftaliyeva 

Qaynarinfo.az