Texnologiya 14:42 01.10.2017

İnsana bənzəyən gözəl robot (VİDEO)

Tokio Oyun Sərgisində "Detroit: Become Human" adlı kompyuter oyununu təqdim edən robot hamının diqqət və təəccübünə səbəb olub.

"Qaynarinfo" "Daily Mail"ə istinadən xəbər verir ki, robotun xarici görünüşünün insana bənzərliyi hamını heyrətləndirib. Reklam üçün istifadə edilən Android olmasına baxmayaraq, sərgi iştirakçıları robota daha çox diqqət edib və hətta bəziləri onu "gözəl" adlandırıb. 

Sosial mediada yayılan görüntülər isə çox sayda insan tərəfindən izlənib. 

Gülşən
Qaynarinfo.Az