Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, ürək xəstəlikləri ilə bağlı yaranan problem zamanı ictimai yerlərdə ilkin müdaxilə ilə xilas olmaq şansı qadınlarda daha azdır.
 
"Qaynarinfo” RİA xəbər agentliyinə istinadən bildirir ki, mütəxəssislər ictimai yerlərdə ilk tibbi yardım alan kişilərin 45%, qadınların isə 39% olduğunu bildiriblər. Belə ki, müxtəlif səbəblərdən, fiziki və psixoloji yanaşmadan insanların tanımadığı kişilərə süni nəfəs vermələri və ya ürək masajı etmələri daha çox rastlanan haldır. Bir sözlə, ürəyi dayanan şəxsin həyatının xilas olması onun cinsindən çox asılıdır.
 
Mütəxəssislər ürək-damar problemi yaşayan 19331 nəfərin üzərində təcrübə aparıblar. Tibb müəssisələrinin divarlarından kənarda tibbi yardım alanlar içərisində kişilərin yaşamaq şansının qadınlarla nisbətdə 2 dəfə çox olduğu müəyyənləşib.
 
Hazırda universitet mütəxəssisləri insanlara həyat xilas edərkən onların cinsinə fərq qoymamaları üçün necə təsir edəcəkləri üzərində çalışırlar.
 
Nərmin Həsənli
Qaynarinfo.Az