İnsanları məhv etməyə söz vermiş robot BMT-nin iclasında (VİDEO)

İnsanları məhv etməyə söz vermiş robot BMT-nin iclasında (VİDEO)

İnsanlığı məhv etməyə söz vermiş Sophia adlı robot oktyabrın 11-də BMT-nin iclasında iştirak edib. "Qaynarinfo" technote.az-a istinadən xəbər verir ki, robot baş katibin müavini Amina Mohammed ilə görüşüb və süni zəka haqqında öz fikirlərini bildirib.

"Gələcək artıq burdadır. Biz daha ağıllıyıq və məğlubiyyətsiz nəticəyə istiqamətlənmişik. Buna görə də süni zəka, su və qida kimi varolan dünya resurslarını daha effektiv şəkildə paylaşdırmağa qadirdir” - deyə Sophia bildirib.


Amina Mohammed süni zəkanın təhlükəliyi haqqında və fəlakətin qarşısını almaq üçün insanların, robotların inkişafını idarə etmələri barədə bir daha qeyd edib. 2016-cı ilin mart ayında baş tutmuş müsahibələrin birində “Sən insanları məhv edəcəksən?” sualına Sophia tamamilə müsbət cavab vermişdi.

Bu ilin aprel ayında isə televiziya şousunda çıxış etmiş Sophia, dünyanı ələ keçirmək istədiyini qeyd etmişdi. Lakin sonradan bunun sadəcə bir zarafat olduğunu bildirmişdi. İnsana bənzəyən Sophia adlı robot 60-a yaxın emosiyanı əks etdirə bilir. Onun gözlərində isə həmsöhbətdə olan insanı görmək üçün xüsusi kameralar yerləşdirilib.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR