Ekonomiks 09:04 31.10.2014

“Instagram” çökdü

Ötən gün gündüz saatlarında mobil fotoşəkil və video paylaşma şəbəkəsi olan “Instagram”da problem yaşanıb.

ANS PRESS-in məlumatına görə, ötən gün 13:00 radələrində “Instagram”da dayanma baş verib. Şəbəkə istifadəçiləri hesablarına girərkən boş bir səhifə ilə qarşılaşıblar.

“Gözlənilmməz sürpriz” “Instagram” istifadəçilərinin heç xoşuna gəlməyib və onlar digər sosial şəbəkə hesablarında problemin nə olduğunu, “instagram”ın çökdüyünü yazıblar.

30 dəqiqə davam edən texniki nasazlıq aradan qaldırılıb. Baş verənlərə hələ ki, şirkətdən hansısa bir açıqlama verilməyib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl isə "Facebook" sosial şəbəkəsi tərəfindən də belə bir problem yaşanmışdı.

Qaynar.info