Ekonomiks 17:43 11.11.2014

İnstagram-dan hamını sevindirəcək YENİLİK


“Instagram” xidmətinin istifadəçiləri fotoşəkil və videoçarxların dərcindən sonra onlara yazılmış şərhləri redaktə etmək imkanı əldə ediblər.

Texnobaz.com-un verdiyi xəbərə görə, bu haqda “Instagram”ın rəsmi bloqunda yazılıb.

Bundan əvvəl fotoşəkillərə yazılan ilkin şərhlərdə səhvə yol vermiş istifadəçilər onu dəyişmək və ya silmək üçün fotoşəkli və ya videoçarxı silərək yenidən yükləmək məcburiyyətində idilər.

“Şərhlərin redaktəsi “Instagram” cəmiyyəti tərəfindən ən çox tələb edilən funksiyalardan biri olub. Siz fotoşəkillərin alt hissəsində “Redaktə etmək” adlı yeni funksiyanı tapa bilərsiniz” – “Instagram” xidmətindən bildirilib.

Hazırda “Instagram” xidmətinin auditoriyası 200 milyon istifadəçi təşkil edir.

Qaynar.info