"Instagram" daha bir yeniliyə imza atıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər artıq hekayə paylaşarkən məlumata musiqi də əlavə edə biləcəklər.

Bunun üçün istifadəçilər hekayə paylaşarkən musiqi seçimi bölməsinə daxil olaraq təklif edilən musiqilərdən istifadə birini seçməlidirlər.

İnstagramın musiqi bazasına minlərlə musiqi əlavə edilib və bu siyahı hər gün daha da artırılır.

Bu funksiya Facebook-un UMG, Sony ve Warner kimi nüfuzlu şirkətlərlə bağladığı müqavilə əsasında gerçəkləşdirilib.