Texnologiya 19:50 06.12.2017

“Instagram”da heyvanlarla selfiyə qadağa qoyuldu

"Instagram” sosial şəbəkəsinin istifadəçiləri artıq heyvanlarla selfilərini dərc edə bilməyəcəklər. 

Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, bu günlərdə belə çəkilişlərin rəsmi olaraq dərc edilməsi moderatorlar tərəfindən qadağan edilib. 

"Instagram” sosial şəbəkəsinin inzibatçıları istifadəçilərin və bütün digər şərhçilərin heyvanlarla selfi edib dərc etmələrinə rəsmi olaraq qadağanın tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. İlk növbədə bu, təbiətin vəhşi nümayəndələrinə aiddir. Rəhbərlik əsas diqqəti ona yönəldir ki, çox vaxt vəhşi heyvanlarla selfi şəkil həvəskarlarının sağlamlığına və əhval-ruhiyyəsinə çox pis təsir edir.

Bu azmış kimi, bütün "Instagram”da xəbərdarlıq yayılıb ki, heyvanlarla hər hansı pis rəftar edilmiş şəkillərin dərci moderatorlar tərəfindən dərhal silinəcək. Məsələ burasındadır ki, istifadəçilər arasında heyvanlarla kəskin süjetləri çəkməyi xoşlayan istifadəçilər də mövcuddur. Bu səbəbdən istənilən formatda buna bənzər şəkillər sosial şəbəkədə olmayacaq.