İnstaqram sosial şəbəkəsi robot hesabları ləğv etmək üçün yeni süni intellekt üzərində işləyir.

"Ölkə.Az” xəbər verir ki, istifadəçilərin mobil tətbiqdən istifadə zamanı etdikləri barmaq hərəkətləri süni intellektin yaddaşına köçürülür.

Sosial şəbəkə artıq yenilənən istifadə qaydalarını Aİ vətəndaşlarına göndərməyə başlayıb. İnstaqram və "Facebook” kimi sosial şəbəkələr artıq istifadəçilərdən hansı məlumatları hansı məqsədlə topladıqlarını açıqlamaq məcburiyyətindədirlər.
İnstaqram isə istifadəçilərin barmaq toxunuşlarını qeydə alır. Şirkətdən verilən açıqlamaya əsasən, botların və saxta profillərin müəyyənləşdirilməsi məqsədi ilə belə bir addım atılır.