Texnologiya 22:51 01.12.2017

“İnstaqram”da Yenilik

Son illərdə ən çox istifadə olunan sosial şəbəkələrdən biri olan "İnstaqram" maraqlı yenilik etməyə hazırlaşır.

"İnstaqram" "regram” funksiyasını test edir. Bu barədə məlumatı "The Next Web" yayıb. Belə ki, artıq başqasının fotosunu profilində paylaşmaq üçün, sadəcə, bir düyməyə klikləmək kifayət edəcək. Bu "regram” düyməsi vasitəsi ilə həyata keçiriləcək.

Qeyd edək ki, əvvəllər başqasının şəkil və ya videosunu paylaşmaq üçün repost proqramlarından istifadə olunurdu. (milli.az)