Texnologiya 12:25 03.11.2017

İntihara meyilli şəxsləri müəyyənləşdirən süni intellekt

Alimlər tərəfindən hazırlanan süni intellekt əsasında çalışan sistem intihara meyilli şəxsləri müəyyənləşdirəcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yeni sistem insanlara 10 fərqli söz deyəcək və bu sözlərin beyində yaratdığı dəyişiklikləri analiz edərək düzgün diaqnoz qoymağa çalışacaq.

Bildirilir ki, depressiyadan əziyyət çəkən insanlara bu süni intellekt vasitəsilə düzgün diaqnoz qoymaq və müalicə prosesini uğurla həyata keçirmək üçün lazımlı dərmanlardan istifadəni təmin etmək mümkün olacaq.

Gülşən
Qaynarinfo.Az