Texnologiya 22:24 12.05.2018

"iOS 12"nin hansı üstünlükləri olacaq?

Sirr deyil ki, problemlərinin sayı gündən-günə artan iOS 11 əməliyyat sistemi istifadəçilərini məmnun edə bilmədi. Belə bir qarışıq vəziyyətdə isə istifadəçiləri sevindirəcək bir xəbər - "iOS 12-nin təqdimat tarixi" haqqında məlumat yayıldı. iOS 11-in bütün xətalarından təmizlənmiş daha üstün versiyası iOS 12 yay aylarında təqdim oluna bilər.

Apple hər il developerlər üçün təşkil etdiyi WWDC tədbirində yeni əməliyyat sistemlərini təqdim edir. Nəhəng texnologiya şirkətinin bu il təşkil edəcəyi WWDC 18 tədbirində xüsusilə iOS 11-in problemlərindən bezmiş istifadəçilərin maraqla gözlədiyi iOS12-nin təqdimatının olması gözlənilir. Ən sən yayılan məlumatlara görə iOS 12-nin təqdimatının olacağı WWDC 18 tədbirinin keçiriləci tarix məlum olub. MacRumors cəbhəsindən gələn xəbərə görə WWDC 18 tədbiri 4-8 iyun tarixləri arasında keçiriləcək.
 


San Jose Conservation Center-də təşkil edilməsi gözlənilən tədbirdə iOS 12 ilə birlikdə macOS 10.14, tvOS 12 və watchOS 5  ictimaiyyətə təqdim olunacaq. Tədbirdən sonra beta versiyaları developerlərə təqdim olunacaq yeni iOS əməliyyat sistemi sentyabr ayında yeni iPhone təqdim edildikdən sonra hər kəs üçün istifadəyə veriləcək.

Apple iOS 12 ilə yenilik təqdim etməkdən daha çox diqqətini sistemdəki problemləri həll etməyə yönəldəcək. Buna görə də iOS 12-dən iriçaplı bir yenilik gözləmək düzgün deyil. Yeni əməliyyat sistemində vizual olaraq heç bir yaxşılaşdırma gəlməyəcəyi üçün Apple əlindəki son silahlarından olan "qaranlıq tema" özəlliyini iOS 12 ilə istifadəyə verə bilər.

Nərmin Həsənli