Sənət 14:28 30.08.2018

İosif Kobzon vəfat etdi

Məşhur rusiyalı müğənni İosif Kobzon vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə müğənninin qohumları "Говорит Москва" radiosuna məlumat verib. Yəhudi əsilli 80 yaşlı Kobzon 2005-ci ildən bəri xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, İosif Kobzon SSRİ xalq artisti statusuna yiyələnib və Rusiya Dövlət Dumasının deputatı idi.

Gülşən