Ekonomiks 13:34 04.04.2018

İP-telefoniya rahatlıq nümunəsi

İP telefoniya ikitərəfli ünsiyyətin qurulması üçün daha geniş VoİP (Voice over İP) texnologiyasından istifadə edir. Grandstream şirkətinin istehsal etdiyi İP-telefonlar artıq uzun müddətdir ki, Azərbaycanın telekommunikasiya bazarında bilavasitə istifadəçilər üçün etibarlı, tənzimlənməsi rahat, stabil çalışan və büdcəli qurğular kimi özünü təsdiqləyib.

İP Telefonlar kataloqunda özünün çoxfunksionallığına görə seçilən Grandstream GXP-1625 İP telefonu kiçik və orta biznes şirkətlərində VoİP telefoniya üçün əla həldir. 

Grandstream GXP-1625 İP telefonu VoİP telefoniyanın avtomatik zəng, ünvanlandırma, zəngin xətdə gözlədilməsi, üçtərəfli konfrans kimi bütün əsas funksiyaları dəstəkləyir. 

Standart funksiyalardan əlavə olaraq, aparatın zəng zamanı telefon kitabçasında olan müxtəlif qruplar üçün fərqli musiqi seçimi, hava proqnozu əlavəsinin yüklənməsi kimi imkanları da mövcuddur. 

Model masaüstü variantda iki meyl bucağı və ya opsional dayaq üzərində divardan asılı vəziyyətdə quraşdırılır. Grandstream GXP-1625 modelinin tənzimləmə sadəliyi və istifadə rahatlığı kimi üstünlükləri onu kiçik biznes ofisləri üçün mükəmməl seçim olaraq təqdim edir. 

Grandstream GXP-1625 İP telefonunun istifadəsi kiçik biznes şirkətlərində Lokal şəbəkədən enerji mənbəyi kimi istifadə etmək və az xərc tələb edən yüksək keyfiyyətli əlaqənin qurulması tələb olunduqda tövsiyyə edilir. Ev şəraitində istifadəsi üçün iki SIP-akkauntu olan Grandstream GXP-1628 və ya bir SIP-akkauntu olan GXP-1610 məsləhət görülür.