"iPhone 11" Bakıda 2 dəfə baha qiymətə satışa çıxarıldı (FOTO)

Sentyabrın 10-da ABŞ-da təqdim edilmiş yeni iPhone 11 telefonları artıq Azərbaycana gətirilib.

Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, satış şəbəkələrinin paylaşdığı məlumata görə, iPhone 11 telefonunun 128 GB versiyası 2899 manata, iPhone 11 Pro Max telefonunun 256 GB versiyası isə 3799 manata satılır. Bu qiymətlər Apple-ın satış qiymətlərindən 2 dəfə yüksəkdir.

Belə ki, Apple-ın satış qiymətləri 128 GB iPhone 11 üçün 749 dollar (1273 manat), 256 GB iPhone 11 Pro Max üçün 1249 dollardır (2123 manat).

XƏBƏRLƏR
BLOGLAR